4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


28.04.2022  11:45 

2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb





A+  A-

Lənkəran sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb.


XəzərNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, 2019-cu ilin noyabrından həbsdə olan 30 yaşlı Ağazadə aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb. Belə ki, Bakıda tikintidə fəhlə işləyən Nurlan ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. İddia edilib ki, o, hadisəni törədəndən sonra qaçıb və maşınla vurduğu 32 yaşlı qadın ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib.

Nurlan Bakı Ağır Cinayətklər Məhkəməsində ifadə verərkən, sürücülük vəsiqəsi belə olmadığını, hadisə baş verəndə iş yerində olduğunu deyib. Tikintinin icraçısı Qoşqar Sultanov da hadisə vaxtı Nurlanın tikintidə olduğunu təsdiqləyib: "Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm. Danladım, xeyri olmadı".

Nurlan qəzanın əmisi tərəfindən törədildiyini, lakin əmisinin xahişi ilə qəzanı üzərinə götürdüyün bildirib. Belə ki, əmisi ona azyaşlı övladlarının olduğunu, evə ondan başqa qazanc gətirənin olmadığını deyərək, bu işi öz üzərinə götürməsini istəyib. Əmisi Nurlana söz verib ki, nəyi varsa, satacaq və onun həbsdə qalmasına imkan verməyəcək.

“Mənə yalvardı, gözümün qabağına uşaqları gəldi. Söz verdi ki, evini, maşınını satacaq, məni həbsdə qoymayacaq. Həm inandım, həm də yazığım gəldi və buna görə də razılaşdım. Mənə izah elədi ki, hadisə harada olub, necə olub. Maşını aparıb hara qoyub. Amma yolda mənə qadının öldüyünü deməmişdi. Həm də yaşlı qadın olduğunu bildirmişdi. Sonradan bilmişəm ki, sən demə, cavan adam imiş, həm də mənimlə danışanda qadın artıq keçinibmiş”, - Nurlan Ağazadə məhkəmədə belə deyib.

Nurlan Ağazadənin vəkili Yeganə Məmmədova bildirib ki, müvəkkilinin 2 il 6 ay günahsız həbsdə saxlanmasıyla əlaqədar kompensasiya almaq üçün məhkəməyə müraciət edəcəklər: "Gözləyəcəyik ki, prokurorluq apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə protest verəcək, yoxsa yox. Bu məsələ ilə bağlı yekun qərar qəbul ediləndən sonra təzminat üçün müraciət edəcəyik. Çünki gənc bir adamı heç bir günahı olmadan 2 il 6 ay həbsdə saxlamaq çox böyük qanunsuzluqdur".

Xəbər 3311 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +