4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


28.03.2024  14:54 

Putinin “Crocus“a getməməsinə aydınlıq gətirilib





A+  A-

Rusiya Prezidenti Vladimir Putin terror aktının baş verdiyi "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib.

Xəzərnews.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov terror aktının ilk dəqiqələrindən insanların xilas edilməsi və yardımların göstərilməsi üçün bütün tədbirlərin görüldüyünü və Putinin heyətin işinə mane olmamaq üçün “Crocus”a getmədiyini söyləyib.

"Terror aktı zamanı həlak olanların ailələrinə və zərərçəkənlərə hər cür yardım göstərilir.

Putinin iştirakı ilə təmaslar lazım olarsa, Kreml məlumat verəcək. Terrordan zərərçəkənlərə və həlak olanların ailələrinə yardımın göstərilməsi istiqamətində işlər mümkün qədər tez təşkil olunub və davam etdirilir" - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov istintaq orqanları və xüsusi xidmət orqanlarının "Crocus"da törədilən terror aktı üzərində işlədiyini, əsaslandırılmış nəticələr üçün vaxt lazım olduğunu da əlavə edib./APA

Xəbər 5334 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +