Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


12.01.2022  11:45 

Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi





A+  A-

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

XəzərNews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiqlənib. Həmin Qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardan ibarət olmaqla müəyyən edilib: Maliyyə vəziyyəti haqqında hesabat; Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib. Göstərilənləri nəzərə alaraq, qeyri-hökumət təşkilatlarından “www.qht-hesabat.maliyye.gov.az” saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmələri və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarının və ya maliyyə fəaliyyətlərinin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmələri tələb olunur.

Xəbər 1644 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +