Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.10.2019  12:26 

Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRDI





A+  A-

“Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən bildirib.

S.Novruzov qeyd edib ki, qarayaxmaların hamısı Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır:

“Təbii ki hər hansısa sahələrdə neqativlərin olması və bunun tənqidi normaldır. Ancaq biz görürük ki, harada iş getmirsə, o sahəyə toxunulmur. Harada iş yaxşı gedirsə, orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük, öyrədilmiş adamlar ortaya çıxdı”.

Komitə sədri xatırladıb ki, Prezident müşavirədə nöqsanlarla bağlı məmurlara xəbərdarlıq edib:

“Onlardan hazırda vəzifə başında oturanlar var ki, dövlətin apardığı işə əngəl törədirlər. Onlar üçün ən yaxşı yol istefa verməkdir. İstefa verib, kənara çəkilməlidir ki, ölkə inkişaf etsin. Kadr islahatlarına gəldikdə, kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Əgər kim hardasa bir nöqsan görürsə, istənilən vasitə ilə tez bir zamanda səsini eşitdirə bilər. Hansısa sahələrdə nöqsanlar, büdcə şişirtmələri varsa, o da araşdırılmalıdır. Prezidentin qaldırdığı hər bir məsələ ən incə ayrıntısına qədər diqqət edilməli və o sahəlrədəki nöqsanlar aradan qaldırılmalıdır”.

Xəbər 1856 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +