Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


04.01.2018  10:15 

İranda baş verənlərin arxasında Əhməd Nejat dayanır?





A+  A-

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ölkədə bir həftədir davam edən etiraz aksiyalarının arxasında sabiq prezident Əhməd Nejatın olduğu fikrini irəli sürüb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, komandan eks-prezidentin adını açıq şəkildə vurğulamasa da hadisələrin arxasında onun ola biləcəyinə işarə edib. Yerli mətbuatda Cəfərinin "sabiq məsul şəxs” adlandırdığı şəxsin Əhməd Nejat olduğunu ilə bağlı iddialar yayılıb.

Komandan bildirib ki, son günlər baş verən hadisələr inqilabın əsas sütununu hədəf alan həmin şəxsin nəzarətində olan saytların vasitəsilə etirazçılara çağırış edilərək həyata keçirilib.

"Təhlükəsizlik orqanları bu məsələni araşdırır. Hadisələrin arxasından həmin şəxsin olduğu ortaya çıxarsa, onun barəsində lazımi tədbirlər görüləcək”, – deyə o, bildirib.

Xəbər 1309 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +