Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


29.09.2017  10:19 

Heydər Babayev bütün əmlakını satışa çıxardı





A+  A-

Keçmiş İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanı tərk edir.
XəzərNews.az xəbər verir ki, bu haqda xəbəri “Yeni Müsavat” yayıb. Qəzet bildirib ki, Azərbaycanda qurduğu biznesin çökməsi səbəbindən sabiq nazir bu addımı atmalı olub. Xəbərdə bildirilir ki, o bütün əmlakını satıb ölkədən getməyi düşünür.

Qəzet yazıb: “Bu xəbərlər ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir. Belə güman etmək olar ki, “Bank Standart” maxinasiyası “Beynəlxalq Bank işi” qədər sensasion həbslərlə müşahidə oluna bilər. Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə böyük bir biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb”.

Xəbər 2174 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +