Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.10.2021  21:31 

Turan Bayramov bürünc medal uğrunda mübarizə aparacaq





A+  A-

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Üçüncü yarış günündə - oktyabrın 4-də 70 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

XəzərNews xəbər verir ki, Güləşçimiz Turan Bayramov (70 kq) səkkizdəbir finalda dünya ikincisi Adam Batırovla qarşılaşıb. Təcrübəli Bəhreyn təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə həmyerlimiz əzmkar qələbə qazanıb. Dörddəbir finaldakı rəqib də dünya ikincisi olub. ABŞ idmançısı Ceyms Qrinlə qarşılaşma da dramatik məcrada keçib. Yekunda qələbəni minimal fərqlə əldə edən T.Bayramov dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında dünya ikincisi və ikiqat Avropa çempionu olmuş polşalı Məhəmmədmurad Hacıyevlə qarşılaşan T.Bayramov təcrübəli rəqibinə uduzub. Güləşçimiz oktyabrın 5-də bürünc medal uğrunda güləşəcək.



Xəbər 2013 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +