Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


31.08.2021  08:53 

Rauf Məmmədov erməni şahmatçını məğlub etdi





A+  A-

Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
XəzərNews.az xəbər verir ki, qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gəlib. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız qarşılaşmanı qələbə ilə başa vurub. Xalların sayını 4,5-ə çatdıran R.Məmmədov liderlər qrupunda qərarlaşıb.

Digər şahmatçılarımızdan Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Read Səmədov Tor Mari Aron (İslandiya) üzərində qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı rəqibi Ventura Souzaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər 2129 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +