Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


28.04.2020  14:10 

AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı





A+  A-

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olması şərtilə mayın 20-də bərpası nəzərdə tutulur.
XəzərNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məsələ müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi müzakirə olunur.

Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq, AFFA Gənclər Liqası barədə müvafiq addım ata bilər.

Qeyd edək ki, AFFA martın 3-dən müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salmışdı. Operativ Qərargah aprelin 27-dən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib.

Xəbər 1836 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +