Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


14.07.2017  14:11 

Azərbaycan gerilədi





A+  A-

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.
XəzərNews.az xəbər verir ki, ötən gün avrokuboklardakı təmsilçilərimizdən daha ikisi növbəti oyununu keçirib.

Belə ki, Avroliqada mübarizə aparan "Qəbələ" doğma meydanda Polşa "Yagelloniya"sı ilə 1:1 hesablı bərabərliyə razı oldu, “Zirə” Rumıniyada “Astra”ya yenildi - 1:3. Təmsilçilərmiz mümkün 0.500 xaldan cəmi 0.125 xal yazdırdı. Bu nəticədən sonra ölkəmiz klub reytinqində 1 pillə geriləyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 16.375 xalla 22-ci pillədəyik. Ölkəmizi geridə qoyan isə Kipr oldu. Hər 3 təmsilçisi qələbə qazanan adalıların aktivində 16.425 əmsal var. Bundan başqa bizdən bir pillə arxada olan Belarusun da xalı bizimkilərlə eynidi. Sadəcə, cari mövsümdə qazanılan xalların çoxluğuna görə üstün olan tərəf ölkəmizdir. 24-cü sırada olan İsveçin 16.225, Bolqarıstanın isə 16.125 xalı var.

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 8 görüşdə 6, 1 heç-heçə, 1 məğlubiyyətlə yadda qalıblar.



Xəbər 1671 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +