Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.02.2023  12:08 

“Azərqaz” rəsmisindən şəhid atasına: “Sizə yalnız qaz yox, hətta ördək də verərik”





A+  A-

"Sabir Rüstəmxanlının otağında Yardımlıdan gəlmiş şəhid atalarını gördüm. Onlar özləri üçün deyil, bütün Yardımlı qazsız qaldığı üçün dövlətə üz tutublar. Mirimli kəndindən şəhid Cavid Zeynalovun atası Vaqif Zeynalov deyir ki, Yardımlıda 84 kənddən yalnız 14 kəndə qaz verilib, o da gəlmir. 5 şəhid vermiş Zevin kəndində işıq dirəkləri aşıb. Düzəldən yoxdur. Oduna 600-700 manat pul ödəyə bilmirik. Bunu isə şəhid Rasim Rufullayevin atası Yadigar Rufullayev deyir. Peştəsərdən əfsanəvi kəşfiyyatçı Şahlar Nəzərovun atası Yaşar Nəzərov isə deyir ki, Şəhid atalarına diqqət yoxdur”.

XəzərNews.az xəbər verir ki, bu sözləri naşir Şahbaz Xuduoğlu bildirib.

"Müdafiə Nazirliyindən yaşayış ünvanımı soruşurlar, deyirəm Bakının küçələri. Deyir yox, yaşadığın ünvanı de, yenə Bakının küçələri deyirəm, çünki oğlum şəhid olandan sonra dövlət təşkilatlarının qapılarında gecələyirik. İki gün öncə Yardımlı şəhid ataları "Azərqaz”ın baş idarəsinə gediblər. Rəis müavini kimi özünü təqdim edən Teymur adında şəxs onlarla görüşüb. Şikayətə cavab olaraq deyib ki, ölkədə qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik”, - Ş.Xuduoğlu qeyd edib.


Xəbər 1116 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +