Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.01.2023  13:15 

Bakıda 17 binanın istilik təminatında problem yaranıb





A+  A-

“Bu gün saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib. Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

“Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq. Digər ərazilərdənsə, orta hesabla adi günlərdə olduğu qədər müraciət daxil olur. Əməkdaşlarımız bayram günlərində olduğu kimi, bu cür hava şəraitində də gücləndirilmiş rejimdə çalışır. Qrafikə və xarici hava temperaturuna uyğun olaraq qazanxanalarda istiliyin verilməsi artırılıb. Ümumilikdə, istiliyin verilməsi ilə bağlı heç bir ciddi problem yoxdur. Yaşayış və qeyri-yaşayış binalarının istiliklə təminatı davam etdirilir”, - deyə o qeyd edib.

Xəbər 1049 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +