Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.01.2023  12:03 

Sülhməramlıların maşın kolonları yoxlanılmalıdır





A+  A-

Xankəndi -Şuşa yolunda Rusiya sülhməramlı qüvvələrinin maşın kolonları yoxlanılmalıdır.

Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq Ermənistan və Rusiya tərəfi geri addım atmır. Bu onu göstərir ki, Rusiya separatizminin inkişafında və Azərbaycanın etnik ermeniler üzərində suverenliyinə imkan vermək istəmir. Ermənistan da öz qoşunlarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.

Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki, Rusiya sülhməramlı qüvvələrinin maşınlarında silah sursat daşınır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri, nə də vəzifəsi deyil. Onların daimi maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır. Azərbaycan tərəfi Xankəndi -Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli sona qədər buna gedərək ekoloji postu təsis etməlidir.

Azərbaycanla Ermənistan arasında danışıqlarda pauza var. Vaşinqton prosesi aparmaq və sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Moskvanın mövqeyinə gəldikdə isə, V. Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da prosesin dalanda qalması maraqlarına cavab verir. Brüssel formatına gəldikdə, burada əsas pozuculuq fəaliyyəti Fransa edir. Yalnız ABŞ prosesi apara bilər. Həmçinin Türkiyə Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara Yerevana təzyiq edə bilər.

2023-cu il may ayına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişlər olmayacaq. Türkiyədə cənab Ərdoğanın seçkilərdə qələbə qazanması Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq


Xəbər 1349 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +