Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.02.2020  10:07 

60 yaşlı kişi oğlunun əməlindən utanıb intihar etdi…





A+  A-

Göygöl rayonunda 60 yaşlı kişi oğlunun əməlinə görə intihar edib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə özünü asıb.

Məlumata görə, T.Məmmədov oğlunun oğurluq etməsindən utandığı üçün bu yola əl atıb. Belə ki, fevralın 11-də onun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə tanışı ilə birlikdə qonşularının evinə gizli girərək 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.

Oğurluğu törədən şəxslər tutulub, Tofiq Məmmədovun oğlu da onların saxlanılanlardan biri olub. Bundan sonra kənd sakinləri arasında bu məsələ ətrafında müzakirələr aparılıb. İlkin məlumata görə, 60 yaşlı T.Məmmədov oğlunun bu əməlini özünə sığışdırmadığı üçün intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1555 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +