Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.02.2020  08:53 

Ruhanidən koronavirus açıqlaması





A+  A-

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusla bağlı ölkədə qorxunun yayılmasını düşmənin tələsi adlandırıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani Tehrandakı iclas zamanı Səhiyyə Nazirliyindən ona təqdim edilən sənədlərə əsasən virusun nəzarət altına alındığını bildirib.

İlk günlərdə xəstəxanalara müraciət edənlərin sayının yüksək olduğunu, ancaq son vaxtlar bunun azaldığını, müalicədən sonra sağalanların da sayında artım olduğunu qeyd edən Prezident bütün dövlət qurumlarını diqqətli olmağa çağırıb:

“Cəmiyyətdə qorxunun yayılması və ölkənin tətilə çıxması düşmənin planı və tələsidir. Hamı işində olsun. Xalqımız narahat olmasın və işbirliyi içində olsun. Ehtiyac olarsa, silahlı qüvvələr də kömək etməyə hazırdır”.

Ruhani vəziyyətdən istifadə edərək ölkədə maska qıtlığı yaradan şəxslərə də xəbərdarlıq edib:

“Bəzi şəxslər ehtiyac olan maska, dezinfeksiyaedici vasitələri anbarlara yığıb. Hökumət qanunları pozanlarla mübarizə aparacaq. Heç kim bu həssas dönəmdən faydalanmağa çalışmasın”.

İran Prezidenti ehtiyac olmadığı müddətdə insanları kütləvi yerlərdə olmamağa çağırıb. O, şənbə günündən etibarən hər şeyin normal axarına düşəcəyini deyib.

Qeyd edək ki, İranda 15 nəfər koronavirusdan dünyasını dəyişib. 95 nəfərdə isə yoluxma halı qeydə alınıb.

Xəbər 1561 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +