Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.09.2018  11:27 

Vasif Talıbovun oğlu federasiya rəhbəri seçildi





A+  A-

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yığıncağı keçirilib.
XəzərNews.az xəbər verir ki, yığıncağın gündəliyinə muxtar respublikanın Şahmat Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi məsələləri daxil edilib.

Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, federasiyanın tərkibində 8 şahmat məktəbində 177 müəllim və 291 qrupda 3000 nəfər şahmatla məşğul olur. 2018-ci ilin ötən dövründə Naxçıvan şahmatçıları ölkə çempionatlarında 8, beynəlxalq yarışlarda isə 12 medal qazanıblar.

Federasiyasının sədr müavini Emin Hacıyev isə çıxışında qeyd edib ki, beynəlxalq və ölkədaxili yarışlarda muxtar respublikanın bütün rayonlarının iştirakı arzuolunan səviyyədə deyil:

“Artıq xeyli vaxtdır ki, açıq birinciliklər keçirilmir. Belə yarışlar keçirilməyəndə istedadlı gənc şahmatçıları üzə çıxarmaq mümkün olmur. Mərkəzin qabaqcıl şahmatçıları ilə məşğul olmaq üçün güclü müəllimə ehtiyac var”.

Sonra Azad Cabbarov Seymur Talıbovun Şahmat Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb və təklif yekdilliklə qəbul olunub.

Qeyd edək ki, S.Talıbov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Xəbər 1826 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +