Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.09.2018  10:58 

Merkel ilk dəfə Rusiyanı dəstəklədi





A+  A-

Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq Rusiyanın Suriya, o cümlədən İdlibdəki terror qruplaşmaları ilə mübarizədəki hərbi missiyasını dəstəkləyib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi bildirib ki, radikal qüvvələri dəf etmək üçün cəhdlər etmək, bununla yanaşı, dinc sakinləri qorumaq lazımdır: “Biz humanitar fəlakətdən qaçmalıyıq”. Merkelin sözlərinə görə, bu məsələni Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla da müzakirə edib.

"Deutsche Wirtschafts Nachrichten" nəşri yazır ki, Rusiyanın Suriyadakı antiterror əməliyyatları döyüşçülərin dinc sakinləri “canlı qalxan” kimi istifadə etməsi səbəbindən çətinləşib.

Qeyd edək ki, İdlibdəki son situasiya Tehranda bu gün baş tutacaq Rusiya-İran-Türkiyə zirvə görüşündə əsas mövzu olacaq.

Xatırladaq ki, Berlin dəfələrlə Rusiyanın Suriyadakı fəaliyyətini tənqid edib. 2016-cı ildə Merkel suriyalıların bombardman edilməsi və bu ölkədən olan qaçqınların sayının artmasında Rusiyanı ittiham etmişdi.

Xəbər 1549 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +