Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.05.2017  16:48 

Bu ölkələrin nazirləri Bakıya gəlir





A+  A-

Bu ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
XəzərNews.az xəbər verir ki, Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avci, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinsky, Gürcüstan Respublikasının mədəniyyət və abidələrin mühafizəsi naziri Mikheil Giorgadze, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah N.A.Al-Madheed, Makedoniya Respublikasının mədəniyyət naziri Elizabeta Kancheska Milevska, Misir Ərəb Respublikasının mədəniyyət naziri Helmy Eltantawy, İraq Respublikasının mədəniyyət, turizm və əntiq əşyalar naziri Fryad F.Hassan və başqaları iştirak edəcək.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.



Xəbər 1849 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +