Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


25.09.2021  14:45 

“Oğru dünyası”nın “generalı” saxlanıldı - Foto





A+  A-

Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb.
XəzərNews Lent.az-a istinadən xəbər verir ki, o İstanbulun "Sabiha Gökçen" aeroportunda cibgirlik edərkən tutulub.

A.Mehdiyev polis şöbəsində dindirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Arif Sumqayitski Azərbaycanın “oğru dünyası”nın “generallarındandır”. O, 1961-ci ilin fevral ayının 25-də Göyçayda anadan olub. “Qanuni oğru” adını 1989-cu ildə alıb. Rusiyada cəmi 6 ay məntəqə tipli cəzaçəkmə müəssisəndə olub.

Məlumata görə, “qanuni oğru” adını Azərbaycanda alıb. Rusiyada həbs edilərkən məhkəmə prosesində özü haqda belə deyib:

“Mənim peşəm cibgirlikdir, belə də isə ”qanuni oğru"yam".

Xatırladaq ki, Sumqayitski sonuncu dəfə Ukraynanın Yevpotoriya şəhərində saxlanılmışdı və sonradan Türkiyəyə deportasiya edilmişdi.

Xəbər 3227 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +