19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


04.02.2025  13:38 

1 milyon mənimsəməyən Raqif Abbasov azadlıqdadır?





A+  A-

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq vəzifəli şəxsləri sabah yenidən hakim qarşısına çıxarılır.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, idarənin sabiq rəisi Raqif Abbasov və maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edəcək.

Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Bildirək ki, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunan R.Abbasov və E.Qulamov həbsdə deyillər.

Əldə edilən məlumata görə, təqsirləndirilən şəxslər dövlətə vurduqları ziyanı ödəyiblər. Məhz buna görə onlar barəsində həbslə bağlı olmayan qərar seçilib.

Xəbər 1291 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +