Bu həftə Əfv Komissiyasının iclası keçiriləcək
Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ
Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi
İş adamlarının siyahıya alınmış əmlakları hərraca çıxarılır
İş adamı qəfil vəfat ETDİ
Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?
Bir həftədə 1260-dan çox hava bombası...


12.07.2018  17:34 

İşıqlar yenə söndü - Rəsmi qurumlardan açıqlama





A+  A-

Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən fasilə yaranıb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı istifadəçilər sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, ölkənin bəzi bölgələrində, o cümlədən, paytaxt ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

Məsələ ilə bağlı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı "Qafqazinfo"ya bildirib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Nəticədə elektrik enerjisi təminatında fasilələr yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, elektrik enerjisi kəsildiyindən "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti dayanıb. Lakin hazırda hərəkət bərpa olunub və sərnişinləri qəbul edir.

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır. Həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.

***

“Azərenerji” ASC də qəza ilə bağlı məlumat yayıb. Bildirilir ki, quruma məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri,Abşeron yarımadası və Regionlarda Elektrik Enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı Metrosu, H.Əliyev adına Hava limanı, Su-kanalizasiya, Xəstəxanalar, Dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

Xəbər 1253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.02.2025  10:04 

Bu rayonda qaz olmayacaq

10.02.2025  10:01 

İş adamı qəfil vəfat ETDİ

10.02.2025  09:44 

Paşinyan Parisə getdi

09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?

09.02.2025  14:13 

Sürücülərin nəzərinə!

08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +