“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


24.07.2018  20:41 

Nazirlik fermerlərə xəbərdarlıq etdi





A+  A-

"Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb. Səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür".
XəzərNews.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov bildirib. Onun sözlərinə görə, belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır.

"Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür".

Nazirlik rəsmisi fermerlərin nəzərinə çatdırır ki, əkinə yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi qadağan olunub.

"İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə işlərini davam etdirir. Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizing, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb. Keçirilmiş maaairfləndirmə tədbirləri barədə məlumatlar fasiləsiz olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə ötürülür və təhlil olunur. Media nümayəndələrini biçindən sonra əkin sahələrinin yandırılmasına yol verməmək kimi son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələni mövzu olaraq diqqətdə saxlamağı xahiş edirik".

Xəbər 1407 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +