Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül


07.09.2022  17:51 

Rəis Türkiyədə ada alıb? - İddia





A+  A-

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov Egey dənizində mandarin adalarından birini alıb.

XəzərNews.az xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist, “Prime TV” -nin rəhbəri Aygün Muradxanlı çıxış edib.

O özünün feysbuk hesabında yazır:

“Bodrumun Turqutrəis səmtində istirahət edən Ceyhun Həsənovun gözü üzü Yunanıstan tərəfə olan adalardan birini necə tutubsa, dərhal viski daşıyanına Türkiyənin əmlak şirkətlərindən biri ilə alqı-satqı işini çözməyi əmr edib.

Artıq adada yaxta və katerlər üçün kiçik limanın təmirinə də başlanıb. Görənlər deyir, adanın ərazisindəki kafe-restoranlara yeni mövsüm hazırlıqları zamanı fasad və interyerləri qırmızıya boyamaq tələbi qoyulub. Görünür, Ceyhun Həsənovun qırmızı rəngə düşkünlüyü pomidor biznesində fövqəladə uğur qazanmasından sonra baş verib.

Bilənlər bilir, bilməyənlərə deyək ki, Ceyhun Həsənov ölkənin bütün cəzaçəkmə müəssisələrinə rəis təyin edirsə də, kənd təsərrüfatı sektoruna da biganə deyil. Salyanda bir neçə ildir istixanalarda pomidor yetişdirir.

İndi Azərbaycan məmurları arasında özünü beynəlxalq biznes məkanında sınamaq dəbi var. Yəqin Ceyhun Həsənov da Salyanda pomidor, Bodrumda mandarin becərəcək. Day keçib, tövsiyə edirik Şri- Lankada çay da əksin. İran “ağ ölüm” yuvasına çevirdiyi türmələrə nəzarət edir də, gözü arxada qalmasın”.

İddialarla bağlı Penitensiar xidmətdən heç bir şərh verilməyib.



Xəbər 1478 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +