Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül


04.08.2017  11:37 

Əmanətlərin Sığortalanması Fondunun ciddi problemləri var





A+  A-

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov növbəti 5 illik səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub. Prezident İlham Əliyev Vüqar Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Fonda yeni icraçı direktor təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Abdullayevə həvalə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, Əmanətlərin Sığortalanması Fondunun ciddi problemləri var:
“Dövlət büdcəsindən 350 milyon manat vəsait ayrılanda biz bu məsələyə toxunduq ki, niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi yoxlanılmır. Mən təklif etdim ki, Hesablama Palatası həmin vəsaitlərin xərclənməsilə bağlı yoxlamalar aparsın. Mili Məclisin payız sessiyası başlayanda bu məsələyə yenidən baxılacaq. Çünki Əmanətlərin Sığortalanması Fondu ciddi bir orqandır. Bu orqanı əmanətlərin sığortalanması və əhalinin əziyyət çəkməməsi üçün yaratdılar. Amma təəssüf ki, keçən müddət ərzində bağlanan banklarla əlaqədar çox ciddi problemlər yaranıb və qalmaqdadır. Mən hesab edirəm ki, Fondu ciddi şəkildə yoxlamaq lazımdır. Yeni kadr Vüqar Abdullayevi tanımıram. Amma bəzi yazılardan oxuduğum qədərilə münasib kadr olduğu görünür”.
V.Əhmədov Fondun eks-icraçı direktorunun ilk fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
“Fondu Azad Cavadov qurdu, yaratdı, amma sonradan müəyyən problemlər meydana çıxdı. Ona görə də Fondun xərclənmə mexanizminin yoxlanılmasına ehtiyac var. Çünki büdcədən külli miqdarda vəsait sərf etmişik. Bu vəsaitin hara, necə xərclənməsi, əmanətlərin necə qaytarılmasının açıqlanmasına ciddi ehtiyac var. Bizim Azad müəllimlə müəyyən əlaqələrimiz də olub. Azad Cavadov mütəxəssis kimi də pis mütəxəssis olmayıb. Amma yoxlamalara qaldıqda, söhbət Fondun ümumi fəaliyyətindən gedir”.

Parlament üzvü qeyd edib ki, bir şəxs Fonda iki dəfə rəhbər seçilə bilər:
“Amma hər halda bu əsas fakt deyil. Ehtiyac olsaydı, Azad Cavdov yenə də seçilərdi. Görünür hansısa səbəb olub onun vəzifədən uzaqlaşdırılmasına”.

(modern.az)

Xəbər 1553 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +