“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir


02.12.2022  14:35 

Vətən Müharibəsi iştirakçısı özünü yandırmağa cəhd edib





A+  A-

Bakıda Vətən Müharibəsi iştirakçısı özünü yandırmağa cəhd edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Qafqazinfo-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə bu gün saat 12:00 radələrində Yeni Yasamal qəsəbəsində baş verib.

Belə ki, vətəndaş Vüqar Əzizov həmin ərazidə işlətdiyi köşkün önünə satış məqsədilə mallar yığıb. Lakin onun yığdığı mallar səkinin böyük hissəsini zəbt edib və ərazidə piyadaların sərbəst hərəkətinə maneə yaradıb. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları ondan səkiyə yığdığı malları götürməyi tələb ediblər.

Tələblə razılaşmayan V.Əzizov etiraz əlaməti olaraq özünü yandırıb. Həmin vaxt ərazidə olan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırıblar. Hazırda V.Əzizovun vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 916 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +