Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


23.01.2019  10:14 

Dayısı ilə birgə fermeri öldürdü - Meyiti isə baqaja qoyub...





A+  A-

Ağcabədi rayonunda gənc oğlan dayısı ilə birgə fermeri öldürüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, yanvarın 20-də rayonun Hindarx qəsəbə sakini, 1969-cu il təvəllüdlü İltifat Cənnətov polisə müraciət edərək qardaşı, 1956-cı il təvəllüdlü Əhliman Cənnətovun saat 04 radələrində özünə məxsus fermadan 15 baş qoyunla birlikdə getdiyini və geri qayıtmadığını bildirib.

Ə.Cənnətovun Hindarx qəsəbəsi ərazisində yerləşən fermasına, yaşayış üçün nəzərdə tutulmuş 1 otaqdan ibarət tikiliyə və tövləyə baxış keçirilib. Bu zaman hər hansı cinayət izi aşkar olunmayıb.

Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu və oğurluq maddələri ilə cinayət işi başlanılıb.

Yanvarın 22-də cinayət işi məcəllənin tamah məqsədi ilə adam öldürmə maddəsinə tövsif olunub.

İstintaq zamanı müəyyən edilib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Mamedzadə Sərxan Saleh oğlu dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Ə.Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20 radələrində M.Qasımova məxsus avtomobillə Ə.Cənnətovun fermasına gəliblər. Əhliman onlara yaxınlaşaraq salamlaşıb, bu zaman Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb. Ə.Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar. Daha sonra fermadakı 14 baş qoyunu götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, əldə etdikləri pulu aralarında bölüblər.

Xəbər 1422 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +