Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


13.08.2018  11:16 

47 dövlət əmlakı hərraca çıxarılıb





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı sentyabrın 11-i keçiriləcək.
XəzərNews.az xəbər verir ki, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca Bərdə, Oğuz, Salyan, Şəki kimi rayonlarda yerləşən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri çıxarılıb. Onlara Lerik Kəndkimya, Kürdəmir Quşçuluq, Şəki Tikinti Quraşdırma kimi dövlət əmlakları aiddir.

Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14.8 kv.m ilə 3 min 763 kv.m aralığındadır. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklardan biri də Salyan rayonu, Peyk kəndində yerləşən Yardımçı kənd təsərrüfatıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 66.7 kv.m-dir.

Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 9-u Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 18 kv.m ilə 446 kv.m intervalındadır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən obyekt kiçik sahibkarlıq fəaliyyəti üçün uğurlu seçim ola bilər. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.5 kv.m, təyin olunan ilkin hərrac qiyməti isə 12 min 750 manatdır.

Budəfəki hərraca Mercedes, BMW, Vaz və Fiat markalı nəqliyyat vasitələri də çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1996-2007-ci illəri əhatə edir.

Vətəndaşlar hərracda özəlləşdirməyə çıxarılan dövlət əmlaklarına sifariş vermək üçün Özəlləşdirmə portalında mövcud siyahıdan əmlakı seçərək ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçiyə çevrilə bilər

Xəbər 1866 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +