Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


11.05.2018  10:56 

Dövlət mülkiyyətindəki torpaqların icarəyə verilmə şərtləri müəyyənləşdi





A+  A-

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin şərtləri müəyyənləşib.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanuna əlavə edilən 10-1-ci (Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri) maddəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir.

Ərizəyə aşağıdakı sənədlər daxildir:

Ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, huquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət treyesterindən çıxarışın surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamə nin surəti, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunan formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması, torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir.

Torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati aklt qəbul edir. Bu inziobati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad istinad edilməklə, əsaslandırılmalıdır.

Torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ərizədə və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan şatışmazlıqlar aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq alınması üçün təqdim olunan müraciətə dövlət kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razəılıq verir və ya həmin müraciət və olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağını ivcarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimyyətin orqanının müəyyən etdiyi orqanının icarə müqazviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edeilməklə, əsaslandırılmalıdır.

Müvafiq icra hakimyyətin orqanının müəyyən etdiyi orqan razılıq alınması üçün təqdim edilən müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq verilməsi prezumpsiyasından çıxış edir.

Xəbər 1867 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +