Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


28.10.2019  14:54 

Zurabişvilinin saytını dağıdıb Saakaşvilinin fotosunu yaydılar





A+  A-

Hakerlər Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi saytı da daxil olmaqla yüzlərlə gürcü portalına hücum təşkil ediblər.
XəzərNews.az-ın xəbərinə görə, Zurabişvilinin saytında keçmiş Prezident Mixail Saakaşvilinin üzərində “Mən qayıdacağam” sözləri yazılmış fotosu yerləşdirilib.

Hazırda Prezidentin saytı işləmir. “Netrgazeti” nəşrinin “Pro-Service” şirkətinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, təxminən 2 min sayt kiber hücuma məruz qalıb və onların sayı durmadan artır. Haker hücumlarının qurbanları hökumət idarələrinin, məhkəmələrin, qeyri-hökumət təşkilatlarının, şirkətlərin və medianın səhifələridir.

Xatırladaq ki, M. Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. O, ölkəsində bir neçə cinayət işində qiyabi mühakimə olunub.

Xəbər 1469 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +