Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


20.12.2021  17:33 

Ana qızına qarşı dələduzluq etdi





A+  A-

Şirvan şəhər sakini Mehparə Sucayət qızı Soltanovanın aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olub.

XəzərNews.az xəbər verir ki, daxil olan müraciət əsasında aparılan araşdırmalarla müəyyən edilib ki, Mehparə Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib və onu rüşvət verməyə təhrik edib.

Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Xəbər 1734 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +