Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.02.2024  00:21 

Bu ölkədə Həcc və Ümrə ziyarəti ləğv edilib





A+  A-

Bu il İranda Həcc və Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

İranın Həcc və Ziyarət Təşkilatı xəbər verib ki, 30 mindən çox vətəndaşların qeydiyyat haqqı fevralın 17-də bank hesablarına qaytarılacaq.

Məlumata görə, iranlı zəvvarların ilk qrupu Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən sonra, yanvarın 3-də səhər saatlarında Həcc ziyarəti üçün getməli idi, lakin İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmayili texniki səbəblərdən səfərin baş tutmadığını iddia edib.

Qeyd olunub ki, həmin gün “İran Air” şirkətinin sözçüsü Hüssam Qurbanəli bununla bağlı açıqlama verib.

“Lazımi son icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına və Ciddə hava limanına gedə bilməyəcək”, - deyə Hüssam Qurbanəli bildirib.//Yenisabah

Xəbər 10178 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +