“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian


11.03.2024  13:05 

Bəzi Qərb dairələrinin maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır - RƏY





A+  A-

Milli Məclisin deputatı Cavid Osmanov bəzi Qərb dairələrinin təsis etdikləri fondların maliyyəsi ilə Azərbaycana qarşı həmişə qarayaxma kampaniyası apardığını, ölkədə daxili, ictimai-siyasi stabilliyi pozmağa çalışdığını bildirib.

Xəzərnews.az bildirir ki, deputat “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətçiliyi əleyhinə müxtəlif kampaniyalar aparan Qərb dairələri belə addımlarla ölkəni zəiflətməyə çalışır.

Onun sözlərinə görə, bunun üçün müxtəlif fondlar yaradılır və onların maliyyəsi ilə təxribat xarakterli hərəkətlər edilir: "Soros, USAID, Samanta Pauer və bu kimi fondlar Azərbaycanda da təxribat xarakterli planlar, media və internet resurslar vasitəsilə özlərinə xidmət edən addımlar həyata keçirmək istəyirlər. Son günlərdə adı xoşagəlməz hallarda çəkilən "Abzas Media", "Toplum TV", bəzi qeyri-hökumət təşkilatları, radikal müxalifəti və s. maliyyələşdirməklə, xalqı dövlətə qarşı çıxarmaq niyyəti güdürlər. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlardan da aydın olur ki, ölkə daxilində, xüsusilə bəzi media resursları arasında onlara xidmət edənlər mövcud imiş.



Parlamentari bildirib ki, Vətən müharibəsindəki tarixi qələbə, lokal antiterror əməliyyatlarında Azərbaycan suverenliyini tam təmin etdikdən sonra ölkəmizə qarşı belə kampaniyalar daha da şiddətlənib, genişləndirilib. Qərbin bu planları heç vaxt baş tutmayacaq”.

C. Osmanovun sözlərinə görə, Qərb Azərbaycanın güclü dövlət olduğunu anlamalı və görməlidir.

“Azərbaycanda xalq birliyi var və Ali Baş Komandanın ətrafında sıx birlik mövcuddur. Bu həmrəylik daha da möhkəmlənməkdədir. Bu gün Azərbaycan hüquq mühafizə orqanları ayıq-sayıqdır, dövlətçiliyimizə təhdidlərin qarşısı qətiyyətlə alınır, bundan sonra da alınacaq. Qərb bilməlidir ki, belə addımlar Azərbaycana heç bir təsir etməyəcək".

Xəbər 1269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +