Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?


25.06.2019  08:46 

İnquşetiya rəhbəri 12 illik hakimiyyətinə son qoydu





A+  A-

İnquşetiyanın rəhbəri Yunis-Bəy Yevkurov istefa verir.
XəzərNews.az-ın “İnterfaks”a istinadən məlumatına görə, regiona 12 ildir rəhbərlik edən Yevkurov bununla bağlı prezident Vladimir Putinə müraciət edəcəyini deyib.

O bildirib ki, hazırda inquş xalqının birliyinin sarsıldığını müşahidə edir:

“Cəsarətlə demək lazımdır ki, biz hamımız – təmsil etdiyim hakimiyyət, ictimai, dini və digər təşkilatlar bölünüb. Hər birimiz seçim qarşısındayıq – ya şəxsi maraqlar, ya da respublikanın maraqları. Maraqlı olan hər kəsi seçimini etməyə çağırıram. Mən bir inquş, vətənpərvər, zabit kimi seçimimi etdim. Mənim üçün asan olmayan bu qərarı qəbul etməklə söz verirəm ki, ölkəmizin və doğma İnquşetiyamızın inkişafı üçün əlimdən gələni edəcəm”.

Xatırladaq ki, ötən ilin dekabrında Yevkurov mətbuat-konfransında müxalifətin təzyiqlərinə baxmayaraq, yaxın vaxtlarda postundan getməyəcəyini demişdi.

O, 2018-ci ilin sentyabrında üçüncü müddətə İnquşetiyanın rəhbəri seçilmişdi. Elə həmin ilin oktyabrında Çeçenistanla sərhəd məsələsi ilə bağlı saziş imzaladıqdan sonra minlərlə etirazçı onun istefasını tələb etmişdi.

Xəbər 1673 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +