Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı


15.12.2020  10:27 

Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya





A+  A-

“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını şiddətlə qınayırıq”.
XəzərNews.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayiş olunur. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq. Türkiyə xalqı və hökuməti ilə birlikdəyik”,- deyə Zərif tvitter hesabında qeyd edib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan gətirdiyi “S-400” səbəbilə uzun müddətdir gündəmdə olan sanksiyalar dekabrın 14-də ABŞ tərəfindən rəsmi olaraq açıqlanıb. ABŞ-ın düşmənlərinə qarşı mübarizə (CAATSA) qanunu çərçivəsində sanksiyalar adı altında Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyi, Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir və qurumun üç əməkdaşı sanksiya siyahısına salınıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da sanksiya qərarına reaksiya verərək, “ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa təkəbbürlü yanaşmanın bir təzahürüdür”,- deyə qeyd edib.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın isə “Türkiyə müdafiə sənayesindəki hədəflərinə çatmaq addımlarını stabil bir şəkildə atmağa davam edəcək”,- deyə bildirib.

Xəbər 1643 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +