Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var
Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi
Deputatlar Kamran Əliyevin namizədliyini təsdiqlədi
Məktəbli qızların davası... - Araşdırma başladı
Naziri müavini idi, şöbə müdiri oldu


29.09.2020  09:32 

Ermənilər 14 yaşlı uşağa atəş açıb - Baş Prokurorluq





A+  A-

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 28-də saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Fakta görə Cəbrayıl rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır. İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcək.



Xəbər 1604 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +