Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı


17.04.2019  10:52 

Faiq Qarayev yenidən milli komandada





A+  A-

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. Yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.
6 ay öncə Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın "sükanı arxasına” qayıdıb. Azərbaycan Voleybol Federasiyasında I vitse-prezident vəzifəsini daşıyan Faiq Qarayev yarım il boş qalan posta dönməklə millini növbəti uğurlara daşımağa çalışacaq.

Artıq onun adı Qızıl Avropa Liqasında iştirak üçün göndərilən sifariş ərizəsinə də daxil edilib. Təcrübəli Qarayevə köhnə komandası – Famil Ağayevlə Emin Əbilov köməklik edəcəklər.

Məşqçilər korpusunun müəyyənləşdirdiyi ərizədə 24 oyunçu yer alıb. Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidi.

Millinin heyətində Nurhan Kazımova debütantdı. 18 yaşlı hücumçu bunadək aşağı yaş qrupları üzrə yığmamızda forma geyinib.

Qeyd edək ki, Qızıl Avropa Liqasında yığmamız C qrupunda Finlandiya, İspaniya və Belarusla mübarizə aparacaq. (ONA)

Xəbər 1291 dəfə oxunub.



22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +