Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.08.2021  14:21 

Türkiyə-İran sərhədində 43 km uzunluğunda divar hörüldü





A+  A-

Türkiyə ilə İran sərhədində modul tipli divar və “ağıllı” qüllələrin inşası davam etdirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yayıb. Bildirilir ki, divarın hörülməsinə səbəb qanunsuz sərhəd keçidlərinin qarşısını almaqdır.

Qeyd olunur ki, hazırda Vanın Çaldıran bölgəsinin İranla sərhədində tikintisi başladılan və Ağrı vilayətinin Doğubayazıt ilə Hakkarinin Yüksekova rayonuna qədər uzanan 560 kilometrlik divarın hörülməsi davam edir.

Həmçinin bildirilir ki, sərhəd pozuntularının qarşısını almaq üçün Yüksekovada İranla sərhəddə 43 kilometr uzunluğunda beton divarın inşası tamamlanıb.

Bununla yanaşı, bölgədə sərhədin qeyri-qanuni keçilməsinə yol verməmək üçün divarla yanaşı xəndək qazılması ilə bağlı işlər də həyata keçirilib.

Xəbər 2251 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +