Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.09.2018  14:32 

Boşanmaq istəyən arvadını öldürən ər tutuldu





A+  A-

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, sentyabrın 5-də Gəncə şəhər Kəpəz rayon ərazisində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aytac Aslan qızı Tanrıverdiyevanı qətlə yetirən, 1991-ci il təvəllüdlü Elvin Arzu oğlu Nəbizadə tutulub.

Qeyd edək ki, E.Nəbizadə məhkəmə binasının önündə, ondan boşanmaq istəyən həyat yoldaşı A.Tanrıverdiyevanın qarşısını kəsərək üzərində gətirdiyi bıçaqla onun döş qəfəsinə çoxsaylı bıçaq zərbələri vurub. Qadın yaxınlarının köməyi ilə avtomobilə qoyularaq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər 1445 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +