“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


12.10.2017  16:01 

İkili standart, islamofobiya...





A+  A-

Bu günə qədər Avropa Şurasında Azərbaycanla bağlı bir çox müzakirələr aparılıb və qətnamələr qəbul edilib. Dünən də AŞPA-da Azərbaycan əleyhində iki qərəzli qətnamə qəbul edildi, bəzi dairələrin istəyi ilə məqsədli çıxışlar, tənqidi fikirlər səsləndirildi. AŞPA-da aparılan müzakirələrdə hər zaman Azərbaycan əleyhində qərəzli çıxışlarıyla gündəm yaradan qrupların varlığı heç zaman diqqətdən yayınmır. Ümumiyyətlə isə AŞPA-nın ayrı-ayrı ölkələrlə bağlı müzakirələrinə nəzər saldıqda əhalisi müsəlman olan ölkələrə qarşı göstərilən münasibətin hər zaman ikili standartlarla aparıldığını görürük.
Bir çox Avropa ölkəsinin AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi əksər hallarda görməzdən gəlinir. Amma nədənsə mövzu Türkiyə və Azərbaycana gəlincə AŞPA içərisində sözügedən qrupların səyləri ilə bu iki ölkə haqqında sərt çıxışlar və qərəzli qətnamələr qəbul edilir. İnsanın diqqətini bu cür ikili standartlara məruz qalan iki ölkənin ikisinin də müsəlman ölkəsi olması çəkir. Bu isə bizə AŞPA içərisində müsəlman ölkələrə qarşı anti-təbliğat kampaniyası aparan qrupların islamofob dairələrin təsiri altında olduğundan və yaxud birbaşa olaraq həmin dərin dairələr tərəfindən təlimatlandırıldığından xəbər verir. AŞPA-da Azərbaycan əleyhində aparılan anti-təbliğat kampaniyası da bu məsələnin tərkib hissəsidir.
25 ildən çoxdur ki Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının təməl insan hüquqları Ermənistan tərəfindən pozulub və həmin insanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən parlamentarilərin istəkləri həqiqətən demokratik dəyərlərin, insan haqq və hüquqlarının qorunmasıdırsa o zaman bizə 1 milyondan çox insanın təməl hüquqlarını pozan təcavüzkar Ermənistana qarşı müzakirələr zamanı etdikləri çıxışları, qəbul etdirdikləri qətnamələri göstərsinlər. Bundan əlavə beş-on nəfər cinsi azğının "hüquqlarını" qorumaq üçün az qala Avropanı ayağa qaldıranları görəsən bir milyon insanın haqq və hüquqları heç maraqlandırmır? Bu necə insan hüquqlarının müdafiəsidir? Xeyr, bunun adı ikili standart, islamofobiya, haqq və ədalətdən uzaq bir davranışdır.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri
Ramiq Vəliyev


Xəbər 4076 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +