Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz


01.06.2021  14:46 

Erməni nazir soyuducuda əsgər qalıqlarının saxlanılmasını təsdiqlədi





A+  A-

Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan Qarabağda tapılan əsgər qalıqları ilə bağlı dünənki qalmaqala görə ölənlərin yaxınlarından üzr istəyib.
XəzərNews.az Bizim.Media-ya istinadən xəbər verir ki, nazir bəyanatında bunun səhv olduğunu deyib.

“Qalıqlar daşındıqdan sonra şəxsən onların lazımi şəraitdə saxlanılmasına diqqət yetirməmişəm”, deyə o, qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağda öldürülən əsgər qalıqlarının polietilen paketlərə büründüyü və soyuducuda saxlanıldığı haqda şəkillər ortaya çıxıb. Aydın olub ki, paketlər Abovyan Məhkəmə-Tibbi Mərkəzinin zirzəmisində yerə ehtiyatsızlıqla səpələnib. Şəkillər ciddi rezonansa səbəb olub. Faktla bağlı rəsmi araşdırma aparılıb.

Avanesyanın sözlərinə görə, son bir ildə mərkəz müayinə və şəxsiyyəti müəyyənləşdirmək üçün mümkün olan hər şeyi edib.

O, hadisə ilə əlaqədar olaraq ortaya çıxan bütün nəticələrlə birlikdə rəsmi araşdırma aparıldığını xatırladıb.

Səhiyyə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Məhkəmə-Tibbi Mərkəzi çərşənbə axşamı qalıqların müəyyənləşdirilməsi prosesinin gedişi və nəticələri barədə məlumat yayacaq.

Xatırladaq ki, itkin düşən hərbçilərin yaxınları bazar ertəsi günü İrəvanın Heratsi küçəsini bağlayıblar. Onlara görə, səlahiyyətlilər lazımsız səs-küydən qaçmaq üçün qurbanların cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Etirazçılardan biri Arsen Qukasyan 200-dən çox cəsədin müxtəlif yerlərdə, o cümlədən meyvə soyuducularında gizli saxlanıldığını söyləyib. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib.

Xəbər 1573 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +