Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


14.08.2019  10:56 

Müəllim olmaq istəyənlər üçün son seçim günü





A+  A-

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatır. Bu mərhələ bu gün saat 13:00-da yekunlaşacaq.
XəzərNews.az xəbər verir ki, indiyədək 23 609 namizəd vakansiya seçimi mərhələsində iştirak edib, onlardan 12 013 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib.

Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb.

Xəbər 1514 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +