İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib


13.07.2021  12:07 

Qadını döyərək zorladılar - Sabirabadda dəhşət





A+  A-

Sabirabad rayonunda qadının iki həmkəndlisi tərəfindən döyülərək zorlanması faktı ilə bağlı cinayət işi başlanılıb.
XəzərNews.az xəbər verir ki, rayon sakini Nəzrin Ağayeva (şərti) polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:

“Kənd sakinləri F. Əmrahov və Ə. Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F. Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə. Əmrahovu çağırıb dedi ki, “sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”.

N. Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: “Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

Məsələ ilə bağlı Sabirabad Rayon Prokurorluğundan ‘’Qafqazinfo’’nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 149.1-ci (zorlama) maddəsiylə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, 12 yaşlı oğlu ilə birgə yaşayan qadın mağazaların birində xadimə işləyir.

Xəbər 3073 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü


BÜTÜN XƏBƏRLƏR +