Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


09.06.2020  12:48 

Təhsil haqqı ilə bağlı müraciətlərin vaxtı bitir





A+  A-

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir.
XəzərNews.az xəbər verir ki, proses iyunun 10-da yekunlaşacaq.

İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.

Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.

Xəbər 1719 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +