İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


08.05.2017  10:25 

“Avropada islamofobiya böhranı artıq bir reallıqdır”





A+  A-

Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə halını alıb və dünya ictimaiyyətinin diqqətini cəlb edir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, tarix sübut edib ki, mədəniyyətlər, sivilizasiyalar harmoniya şəklində mövcudluğunu davam etdirəndə cəmiyyətdə sülh, əminamanlıq və inkişafa aparan faktorlar çox güclü olur: "Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir. Tariximizdə heç zaman dini və milli zəmində qarşıdurma olmayıb. Azərbaycan cəmiyyəti fərqli mədəniyyətlərə, fərqli dinlərin nümayəndələrinə həmişə hörmətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda multikultural vəziyyət beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətini çox ciddi şəkildə cəlb edir".

Deputat vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu gün dünya ölkələrini narahat edən milli-dini qarşıdurmadan qaçmağın yollarını axtarmağa kömək edir: "Bu gün Avropada islamofobiya, multikulturalizmin böhranı, Qərblə Şərqin qarşıdurması çox təəssüf ki, artıq bir reallıqdır. Bu yaxınlarda AŞ PA-nın Türkiyəyə qarşı haqsız qərar qəbul etməsi, ayrı-ayrı Avropa ölkələrində məscidlərin yandırılması bir daha göstərir ki, mədəniyyətlərin birgə yaşayış məsələsi XXI əsrin ən aktual məsələlərindən bir olaraq qalır və bunun həlli tapılmalıdır. Azərbaycan paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi həm Azərbaycan təcrübəsinin yayılmasına, həm də digər ölkələrdə bu sahədə olan uğurların öyrənilməsinə və ümumiləşdirilməsinə şərait yaradacaq".

Qeyd edək ki, 4-6 may tarixində Bakıda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Xəbər 1718 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +