Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


14.03.2018  13:48 

Əfqan Muxtarlı ilə Mehman Hüseynov da əfv olunacaq?





A+  A-

Yaxın vaxtlarda prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanacağı gözlənilir. Artıq bir neçə dəfə Əfv Məsələləri Komissiyasının iclasları da keçirilib. Komissiya üzvləri, hüquq müdafiəçiləri, hökumət nümayəndələri tezliklə yüzlərlə şəxsin ailəsinə qovuşacağını vurğulayır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə həbsdə olan jurnalistlərə diqqət yönəldib. Ə.Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zamanı həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlamağın vacibliyini bildirib. Sədr reallaşacağı təqdirdə bunun humanist addım olacağını vurğulayıb.

XəzərNews.az bildirir ki, Modern.az hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı və blogger Mehman Hüseynovun əfv ərizəsi yazıb-yazmadığı ilə maraqlanıb.

Onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov saytımıza deyib ki, Əfqan Muxtarlının qanuni cəhətdən əfvə düşməsi mümkün deyil:

“Ona görə ki, onun barəsəindəki hökm qanuni qüvvəsinə minməyib”.

E.Sadıqov bildirib ki, ümumilikdə Ə.Muxtarlı və M.Hüseynov əfv ərizəsi yazmayıblar.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Balakən Rayon Məhkəməsinin qərarına əsasən, ona 6 il iş kəsilib.

Mehman Hüseynov isə CM-nin 147.2-ci maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xəbər 1542 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +