Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


18.03.2021  20:46 

DYP gücləndirilmiş iş rejiminə keçir





A+  A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq.
DİN Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bayram günləri və həftəsonları Bakıda, respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri xidmət göstərəcək.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq işləyəcək.

Sürücülər qeydiyyat və texniki baxışla bağlı müraciət edə bilərlər.

Xəbər 3467 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +