Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?


04.06.2018  13:18 

Azərbaycanda bu zavod üçün 1.6 milyard dollar xərclənəcək





A+  A-

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurması layihəsinin dəyəri təxminən 1,6-1,7 milyard dollardır.
XəzərNews.az xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, zavodun modernizasiya və yenidənqurması layihəsinə 2015-ci ildə başlanılıb. Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və indiyədək imzalanan 3 müqavilənin dəyəri təxminən 1,6-1,7 milyard dollardır. Layihə çərçivəsində NEZ-də neftin ilkin emal gücünün artırılması nəzərdə tutulur. Hazırda zavodun emal gücü illik 6 milyon tondur və bu göstəricinin ildə 8 milyon tona çatdırılması hədəflənir. İstehsal gücü ildə 2 milyon ton olan neftin ilkin emalı qurğusunun keçmiş “Azərneftyağ” zavodunun ərazisindən NEZ-ə köçürülməsi nəzərdə tutulur. Layihənin icrası tamamlandıqdan sonra NEZ-də hazırda ildə 1,2 milyon ton olan avtomobil benzinin istehsal gücü 2,2 milyon tona, dizel yanacağının həcmi ildə 1,9 milyon tondan 2,9 milyon tona, neft-kimya məhsullarının istehsal həcmi illik 112 min tondan 390 min tona, reaktiv yanacaq istehsalı ildə 600 min tondan 1 milyon tona, bitum istehsalı isə illik 200 min tondan 400 min tona çatdırılacaq. Zavodda 14 yeni qurğunun tikintisi planlaşdırılır. Bu layihənin icrası ilə neft sənayesinin inkişafının təmin edilməsi, avtomobil yanacağının keyfiyyətinin “Avro-5” standartına çatdırılması və ölkədə yanacağa olan tələbatın tam ödənilməsi nəzərdə tutulur. Layihənin 2021-ci ildə tamamlanması planlaşdırılır”, - deyə SOCAR bildirir.

Xəbər 1638 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +