Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


24.03.2023  11:20 

Gömrüyün kommunikasiyası niyə əks effekt verdi?





A+  A-

Təsəvvür edin, DYP "Bu gün qırmızı işıqda keçən sürücü saxlanılıb və cərimə yazılıb" başlıqlı xəbər paylaşır. Xəbərə də avtomobilin qırmızı işıqda keçmə anının və protokolun fotolarını əlavə edir. Necə olar?... Və yaxud da TƏBİB xəbər yayır ki "müalicəsi başa çatmış xəstə evə buraxılıb". Xəstənin yataqda və qapıdan çıxarkən fotoları...

Dövlət Gömrük Komitəsinin paylaşdığı vətəndaşın bəyan etmədiyi geyim və aksesuarları tapıb ifşa etməsi xəbəri də eyni qəbildəndir. Xüsusi hal deyil, gömrükdə tez-tez baş verə biləcək hadisədir. Vətəndaş ya qəsdən, ya unudaraq və ya qanunu bilmədiyindəndən özü ilə gətirdiyi əşyaları bəyan etməyib. Gömrük məmurunun işi bu halı aşkar etmək və qarşısını almaqdır. Belə hadisələr PR vasitəsinə çevirməməlidir.
Yəni, bu xəbər deyil. Görünür, aşkar olunan əşyaların kriminal sübut kimi düzülərək fotolarını çəkib paylaşmaq, hadisəni "Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında..." deyərək təqdim etmək rutin işə xəbər dəyəri qatmaq cəhdi olub.

Amma bu şişirtmə və manipulyasiyadır. Bir qurumun təbliğatında bu cür vasitələrə əl atılmamalıdır. Əks təqdirdə qurumla bağlı əlavə suallara və tənqid aspektlərinə yol açar.

Yəqin sonradan səhv anlaşılıb ki, facebook paylaşımı və saytdakı yazıdan bəzi şişirtmə hissələr çıxarılıb (lakin bunlar "redaktə tarixçəsi" və Google keşdə qalır).

P.S. Sosial mediada DGK nümayəndələri və bəzi vətəndaşlar geyim və aksesuarların çox baha olmasına diqqət yönəldirlər. Hava Limanının CIP (Commercial Important Person) zalından istifadə edən sərnişinin ucuz məhsullarla gəlməsi təəcüb doğurardı.

İkincisi, bütün bunlarla bərabər əks reaksiyaların belə böyük olmasında vətəndaşların illər ərzində gömrük qurumları ilə yaşadığı neqativ təcrübə, ictimaiyyətin DGK barədə mənfi rəyi, yəni Komitənin reputasiyasının aşağı olması da böyük rol oynayır.

Vüqar Baba

Xəbər 1057 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +