Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


01.08.2018  13:26 

Dövlət qulluğunda qadınlar kişilərə çata bilmir





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən 29 iyulda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
İmtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası , gender aspektləri, əldə etdikləri sertifikatlar, təhsil səviyyələri və s. haqqında bəzi statistik məlumatları təqdim edirik.

Bu barədə XəzərNews.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 30 nəfəri kişi, 8 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən 25 nəfər 25-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupu (35-59 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 10-u kişi, 3-ü isə qadındır. Yuxarı yaş intervalına aid namizədlərin 5-i imtahanda uğur qazana bilib

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 38 namizəddən 18 nəfəri (47.4%) müvəffəqiyyət əldə edib (30 kişidən 17 nəfər, 8 qadından isə 1 nəfər lazım olan balı toplayıb).

AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1 nəfər, AB üzrə 8 nəfərdən 4 nəfər, AC üzrə isə 27 nəfərdən 13 nəfər test imtahanından uğurla keçib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 13 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. İmtahanda iştirak edənlərdən 25 nəfərin məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olmuşdur. Onlardan 15 nəfər uğur qazanıb.

20 müxtəlif ali təhsil müəssisəsinin məzunu imtahanda iştirak üçün qeydiyyatdan keçib. Müvəffəqiyyət əldə edənlərdən 9 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin, 3 nəfər isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Təhsil səviyyəsinə gəldikdə isə 16 nəfərin həm də magistr dərəcəsi olub və onlardan 10 nəfər uğur əldə edib.

Xəbər 1712 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +