Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


20.11.2017  13:25 

“Qarabağ” - “Çelsi” oyununa 400-dən artıq avtobus ayrılıb





A+  A-

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə metronun “Qara Qarayev”, “20 yanvar” və “28 may” stansiyaları istiqamətində hərəkət edəcək:
“Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidilər. Tamaşaçılara Şimal çıxışında eskpress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyyə edilir. Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb”.

Qurum rəsmisi deyib ki, Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər:
“Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. Bakı Nəqliyyat Agentliyi azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir”.

Xəbər 1638 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +